AZ

Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ

Azərbaycanda imtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri alınacaq.

Referans-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi bununla bağlı müvafiq işlərə başayıb.

Qurum hazırda dərman vasitələrini təhvil verəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum dərman vasitələrinin satın alınmasının 13,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Seçilən
16
15
referans.az

10Mənbələr