AZ

“Sədərək”də anbarı yanaraq kül olan “Supertoys” mağazalar şəbəkəsi borc içində “üzür”

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək” ticarət mərkəzində icarəyə götürdüyü anbar yanaraq kül olan "Supertoys” MMC-nin xüsusilə külli miqdarda vergi borcu var.

7News.Az Pravda.az-a istinadən xəbər verir ki, MMC-nin dövlətə 2 258 224 AZN borcu yaranıb.

Mağazalar şəbəkəsi son illər dövlətə olan borcu ilə gündəmə gəlib.

Qeyd: Nizamnamə kapitalı 10 AZN, qeydiyyat ünvanı Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 16, mənzil 40 olan MMC-nin qanuni təmsilçisi Xəqani Vədud oğlu Cəfərovdur. 2024-cü ildən şirkətin icraçı direktoru 2013-cü ildə Azərbaycanın ən yaxşı natiqi seçilən Səidə Fətullazadədir. Mağazalar şəbəkəsinin saytında 19 filialın olduğu bildirilir. Avqustun 24-də anbarın yanması nəticəsində şirkətə yüz minlərlə manat ziyan dəydiyi bildirilir.
 
 
 

Seçilən
5
5
7news.az

6Mənbələr