AZ

Çempionlar Liqası: “Qarabağ”ın həlledici oyununu bu hakimlər idarə edəcək

Bakıda “Qarabağ” və “Ferentsvaroş” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.

Görüşü FIFA referisi Kleman Tyurpen idarə edəcək. Ona həmyerliləri Nikolya Danos və Aleksis Auqer kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.

VAR-da Jerom Brizar, AVAR-da Nikolya Renvil əyləşəcək.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 3:1.

Seçilən
57
10
heftelik.az

10Mənbələr