AZ

Rus idmançı Bosfor boğazını keçərkən yoxa çıxdı

29 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikov avqustun 24-də qitələrarası üzgüçülük yarışında Bosfor boğazını keçərkən yoxa çıxıb.

 

Üç min iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs o olub.

 

Hər il keçirilən üzgüçülük müsabiqəsi Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunur və 37-ci dəfədir ki, 81 ölkədən üzgüçüləri bir araya gətirir.

 

Sveçnikov üzgüçülük üzrə idman ustası, üzgüçülük məktəbinin əsasını qoyan moskvalıdır.

 

O, avqustun 23-də İstanbula gəlib. İstanbul polisi Sveçnikovun tapılması üçün axtarış-xilasetmə işlərini davam etdirir. /Lent.az

Tarix: 25 Avqust 2025, 14:24   
Seçilən
21
7
pravda.az

8Mənbələr