Bakı şəhəri, Binəqədi rayonunda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" " Oxu.Az-a istinadən xəbər verir ki,xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində, Qələbə dairəsi istiqamətindəki körpünün çıxışında qeydə alınıb.
Sözügedən qəzada "Mercedes Benz" markalı avtomobil qarşıda hərəkətdə olan "Kia Rio" markalı nəqliyyat vasitəsilə toqquşub.
Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Bir nəfərin xəsarət aldığı bildirilir.
Görüntüləri təqdim edirik:
"Cebheinfo.az"