AZ

Rusiya qazı Azərbaycan üzərindən İrana nəql olunacaq

İran ümid edir ki, Rusiya qazının Azərbaycan üzərindən nəqli yaxın gələcəkdə başlaya bilər, “Qazprom”la demək olar ki, bütün məsələlər artıq həll olunub.

XəzərNews.az xəbər verir ki, bunu TASS-a müsahibəsində İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali deyib.

"Ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək. Hazırda biz "Qazprom"la danışıqlar aparırıq və demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmalıyıq. Əgər bu məsələ də həll olunarsa, o zaman hər şey işə düşəcək", - deyə o, sualı cavablandırıb.

Xatırladaq ki, Rusiyanın energetika naziri Sergey Tsivilev Rusiya və İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclası zamanı bəyan etmişdi ki, Rusiya qazının mövcud infrastruktur vasitəsilə Azərbaycan ərazisindən ilk nəqlinə 2025-ci ildə başlanacaq, həcmi ildə 1,8 milyard kubmetrə çatacaq.

Xəbər 68 dəfə oxunub.
Seçilən
1
2
xezernews.az

5Mənbələr