Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ümumi sahəsi 1,830 min kvadrat metr olan 12 955 ədəd yaşayış evi tikilərək istifadəyə verilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 7 751 ədəd və ya 2,5 dəfə artıb.
Belə ki, 2024-cü ilin ilk 6 ayında ölkədə ümumi sahəsi 702 910 kvadrat metr olan 5 204 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Cari ilin ilk 6 ayı ərzində mənzillərin 10 814 ədədi əhali tərəfindən, 69 ədədi dövlət müəssələri tərəfindən, 2 072 ədədi isə qeyri-dövlət müəssələri tərəfindən tikilərək istifadəyə verilib.