Tanınmış müğənni Rövşən Binəqədili xəstəxanadan evə buraxılıb.
Bunu onun köməkçisi Məmməd Məhərrəmov “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, hazırda Rövşən Binəqədilinin vəziyyətinin yaxşıdır:
“Rövşən bəy hazırda yaxşıdır və hansısa narahatçılığı yoxdur. Artıq evə buraxılıb və müalicəsinə evdə davam edəcək”.
Həmsöhbətimiz qeyd edib ki, ifaçı 6 ay ərzində müalicə alacaq:
“Rövşən Binəqədili astma xəstəliyindən əziyyət çəkir. Həmçinin, ciyərlərində və mədəsində problem yaranıb. Buna görə də 6 ay müalicə yazılıb. Bu müddət başa çatdıqdan sonra həkim müayinə edəcək və nə olunacağına qərar verəcək. Həm sağalma, həm də yenidən əməliyyat olma ehtimalı da var. Yəni 6 aydan sonra bilinəcək”.
Məmməd Məhərrəmov xatırladıb ki, Rövşən Binəqədili daha öncə bu problemə görə əməliyyat olub:
“Bunda əvvəl təxminən 2 həftə xəstəxanada qaldı. Həmin dönəm əməliyyat da oldu. Lakin daha sonra vəziyyəti yenidən pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. İndi isə müalicə prosedurunu keçir”.