AZ

Azərbaycanda istehlakçı müraciətləri 16 % artıb

Bu ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti ilə əlaqədar Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 4 184 müraciət daxil olub.

“Report” Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.

Hesabat dövründə Agentlik 4 847 istehlakçı müraciətinə baxıb ki, bu da 1 il əvvələ nisbətən 16,5 % çoxdur.

Baxılmış müraciətlərin 2 374-ü qeyri-qida məhsulları, 1 926-sı xidmətlər, 244-ü qida məhsulları, 59-u dərman vasitələri və tibbi avadanlıqlar, 9-u tütün məmulatları, 235-i isə digər sahələrlə bağlı olub.

"İstehlak bazarında ədalətli rəqabətin təmin olunması istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks tədbirlər həm sahibkarlıq subyektlərinin məsuliyyətinin artırılmasına, həm də istehlakçı hüquqlarının səmərəli müdafiəsinə xidmət edir", - deyə məlumatda qeyd olunub.

Seçilən
19
2
report.az

4Mənbələr