AZ

25 yaşlı gənc faciəvi şəkildə öldü

Hacıqabulda 25 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun İkinci Udullu ərazi vahidinin Tağılı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, su nasosu ilə su vurmaq istəyərkən 2000-ci il təvəllüdlü Musayev Tarix Tahir oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
16
heftelik.az

10Mənbələr