AĞDƏRƏ, 25 avqust. TELEQRAF
Ağdərədə yenidən yanğınlar başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğınlar rayonun Sırxavənd kəndi ərazisində başlayıb.
Hadisə yerinə FHN-nin Ağdərə və Ağdam rayonunun yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib. Hazırda yanğın davam edir.