Ötən gün Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.
Day.Az unikal-a istinadən xəbər verir ki, Qobustanda çayda boğulanlar rayonun Ərəbqədim kənd sakinləri - 1992-ci təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu təvəllüd Eyyub Cavadlı və 2007-ci təvəllüdlü Teyyub Cavadlıdır.
Belə ki, E.Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.