AZ

“Sədərək”dəki yanğın söndürüldü -

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam söndürülüb. Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
09:52“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın məhdudlaşdırılıb.Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Qeyd edlib ki, bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.09:11Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir.Metbuat.az Report-a istinadla xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.Ötən gün günorta saatlarından (11:50 radələrində-Qeyd) başlayan yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
25
34
metbuat.az

10Mənbələr