AZ

“Sədərək”də ötən gün başlamış yanğın tam söndürüldü - FOTOLAR/ YENİLƏNDİ

BAKI, 25 avqust. TELEQRAF

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

***

10:37

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın məhdudlaşdırılıb.

Teleqraf-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.

Yanğının tam söndürülməsi istiqamətində əməliyyət tədbirləri davam etdirilir.

***

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam məhdudlaşdırılıb, bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.

Qeyd edək ki, ötən gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin anbarında yanğın baş verib.Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hadisə yerində olub.

DİN qüvvələri hadisə yerinin mühafizəsinə və digər zəruri tədbirlərin görülməsinə cəlb edilib.

Seçilən
66
34
teleqraf.com

10Mənbələr