AZ

Hakan Fidandan xəbərdarlıq: Tezliklə atəşkəs olmasa...

BAKI, 25 avqust. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan İsrailin BMT Baş Assambleyasından kənarlaşdırılması məsələsinə baxılması üçün Qəzza zolağındakı vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasını keçirməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, yaxın gələcəkdə bölgədə atəşkəs olmasa, bu addımın atılmalı olduğunu deyib.

“Əgər tezliklə atəşkəs əldə olunmasa, İsrail işğal planlarını həyata keçirməyə davam edəcək. Biz Fələstinin beynəlxalq səviyyədə tanınmasını təmin etmək üçün səylərimizi birləşdirməli, BMT-də Fələstinin tamhüquqlu üzvlüyü üçün təşəbbüs irəli sürməli və İsrailin Baş Assambleyadan çıxarılması məsələsini nəzərdən keçirməliyik”, - Fidan bildirib.

Seçilən
24
teleqraf.com

1Mənbələr