AZ

Sahibkarlara Vergi ombudsmanı institutu barədə məlumat verilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyevin iştirakı ilə Zaqatala şəhərində 13 saylı Ərazi Vergilər İdarəsinin (ƏVİ) əhatə dairəsində fəaliyyət göstərən kiçik, orta və iri sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşün məqsədi vergi və sığorta sahəsində sahibkarların qarşılaşdıqları çətinliklərlə tanış olmaq, irəli sürdükləri təklifləri dinləmək, göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün aktual məsələləri müəyyənləşdirmək olub. Arif Quliyev Baş idarənin və Vergi ombudsmanı institutu haqda barədə danışaraq bildirib ki, məqsəd vergi ödəyicilərinin hüquqlarının qorunması, preventiv tədbirlərin həyata keçirilməsi və bu sahədə mövcud təcrübənin inkişaf etdirilməsidir.

Görüş zamanı iştirakçılara DVX-nin rəsmi internet saytında (www.taxes.gov.az) yaradılmış “Vergi ombudsmanı” bölməsibarədə məlumat verilib, sahibkarların rəyləri dinlənilib və sualları cavablandırılıb. Sahibkarlar vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı fikirlərinivə təkliflərini səsləndiriblər. Bununla yanaşı, vergi orqanlarına edilən müraciətlərlə bağlı sahibkarlar arasında real vaxt rejimində sorğu keçirilib.

Qeyd olunub ki, vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən gələcəkdə də bu istiqamətdə görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

Seçilən
24
vergiler.az

1Mənbələr