Bu il IV qrup üzrə imtahan verən 9 nəfər, III qrup üzrə imtahan verən 1 nəfər 600-dən yuxarı bal toplasa da, ali təhsil müəssisələrinə qəbul ola bilməyiblər.
News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində deyib.
Onun sözlərinə görə, bəzən cəmiyyətdə həmin abituriyentlər seçimlərini doğru etmədikləri üçün qınanılırlar:
"Biz onların ərizələrinə baxanda görürük ki, onlar məqsdəli abituriyentlərdir. Tutaq ki, tibbi ixtisasını istəyən şəxs yalnız həmin ixtisası qeyd edib. İstəmədikləri ixtisası seçimdə yazmayıblar. DİM ixtisas seçimindən əvvəl müsabiqə vəziyyətini təhlil edilib yayımlamışdı.Həmin abituriyentlər rəqib saylarına və plan yerlərinə baxıb təhlil aparmalı idilər".
DİM rəsmisi əlavə edib ki, bu kimi hallarda həmin şəxslərə hər hansı güzəşt tətbiq edilmir:
"Ya qalan boş plan yerlərində iştirak edə bilərlər, ya da yenidən növbəti ildə imtahan verə bilərlər".