Luka Modriç İtaliya A seriyasında yeni rekord müəyyən edib.
"Foootball-plus.az" xəbər verir ki, o, bu liqada debüt edən ən yaşlı futbolçu olub. “Milan”ın 39 yaşlı yarımmüdafiəçisi buna ilk turun “Kremoneze” ilə matçında meydana çıxmaqla nail olub. Luka A seriyasında 39 yaş 11 ay 14 günlüyündə debüt edib. Matç “Milan”ın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib.
Xatırladaq ki, Modriç “Milan”a bu yay “Real”dan azad agent kimi ayrılaraq keçib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta