Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan deyib ki, İsrailin davam edən pozuntuları iki dövlətli həllə nail olmaq üçün beynəlxalq səylərə zərbə vurur.
Hafta.az-ın yazdığına görə, İslam Əməkdaşlıq Təşkilatının İsrailin fələstinlilərə qarşı davam edən təcavüzünü müzakirə etmək üçün keçirilən XİN başçılarının fövqəladə toplantısında nazir bildirib ki, daha çox ölkə Krallığın Fələstin dövlətçiliyinin tanınması üçün beynəlxalq səylərinə qoşulur və bu yönümdə qərar verən ölkələrin sayı durmadan artır” deyib.
Şahzadə Feysəl Krallığın 1967-ci il sərhədlərində Fələstin dövlətinin yaradılmasına sarsılmaz dəstəyini bir daha təkrarlayıb. O, həmçinin Səudiyyə Ərəbistanının Qəzza zolağında dərhal atəşkəsə çağırdığını və beynəlxalq ictimaiyyəti İsrailin işğalına son qoymağa çağırdığını bildirib.
Nazir bildirib ki, İsrailin cinayətlərini qınamaqda hələ də tərəddüd edən ölkələr öz mövqelərinə yenidən baxmalıdırlar.