AZ

Hakim “onun evində kirayə qalırdım” deyib - İşdən imtina etdi

Azərbaycan məhkəməsində maraqlı hal yaşanıb.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, kuryoz hadisə Neftçala Rayon Məhkəməsində yaşanıb.

Hakim Ceyhun Qədimov mənimsəmədə ittiham olunan xanım müttəhimin anket məlumatlarını elan edərkən sürprizlə qarşılaşıb. Maraqlısı odur ki, hakimin qarşısındakı cinayət işi evində kirayə qaldığı qadına aid imiş.

Qanunun tələbinə uyğun olaraq hakim dərhal özü-özünə etiraz edib. İşin onun icraatından alınması üçün apellyasiya instansiyasına müraciət göndərib.

Seçilən
34
7
publika.az

10Mənbələr