AZ

Ailəm və milli mətbəxim üçün darıxacam - Stenford Universitetinə qəbul olan tələbə

2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq şəxslərdən biri də İbrahim Allahverdiyevdir.

İbrahim Allahverdiyev Stenford Universitetinin fizika müdəndisliyi üzrə bakalavr pilləsində təhsil alacaq.

AzEdu.az İ.Allahverdiyev ilə həmsöhbət olub.

"Orta təhsilimi Dünya Məktəbində bitirmişəm. Xaricdə oxumaq planım isə əvvəldən var idi.

Qəbul xəbərini aldığım an çox sevindim. Bunu ilk olaraq ailəmlə, sonra dostlarımla bölüşdüm. Əslində, qəbul olacağıma inanırdım, çünki nəticələrim yaxşı idi. Mənə müxtəlif universitetlərdən qəbul gəlmişdi: Kolumbiya Universiteti, London İmperial Kolleci və bir neçə başqa universitet. Amma ən çox istədiyim universitetdən cavab gözləyirdim və qəbul aldığım üçün çox xoşbəxt oldum.

Daha əvvəl xaricdə olmuşam, amma uzun müddət qalmağım ilk olacaq. Ailəm, komfortum, bir də milli mətbəximiz üçün darıxacam.

Gələcəkdə magistraturanı da Dövlət Proqramı çərçivəsində oxumaq fikrim var".

Seçilən
14
azedu.az

1Mənbələr