AZ

Qurban Qurbanov media önünə çıxacaq

ain.az bildirir, futbolpress-az portalına istinadən.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtları məlum olub.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 26-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə Azersun Arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Robbi Kinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 20:00-da start götürəcək. Macarıstan təmsilçisinin ölkəmizdə məşqi nəzərdə tutulmayıb.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” görüşü saat 20:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
7
futbolpress.az

8Mənbələr