Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
O, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində, sentyabrın 4-də keçiriləcək Qazaxıstan - Uels oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq.