Azərbaycan Turizm Bürosu tərəfindən 18-25 avqust tarixlərində Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana və Almatı, həmçinin Belarusun Minsk şəhərində keçirilən silsilə tədbirlərdə ölkəmizin turizm imkanları nümayiş etdirilib.
“Cebheinfo.az” xəbər verir ki, tədbir çərçivəsində keçirilən görüşlərdə Özbəkistandan 50, Qazaxıstandan 70, Belarusdan isə 70 aparıcı turizm şirkəti, eləcə də ölkəmizdən “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri ilə birgə ümumilikdə 10 yerli turizm sənayesi təmsilçisi iştirak edib.
İştirakçılara Azərbaycanın sahil turizmi, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni və qastronomik marşrutları təqdim olunub, "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025" beynəlxalq tədbiri barədə məlumat verilib.
Təqdimatlardan sonra keçirilən B2B formatlı görüşlərdə əməkdaşlıq imkanlarını müzakirə edilib.