Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Rumıniya arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edərək media sahəsində tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. O, həmçinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlər, habelə media savadlılığının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib, kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyini vurğulayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual media sahəsində mövcud beynəlxalq əməkdaşlığı diqqətə çatdıraraq bu istiqamətdə təcrübə mübadiləsinin və ortaq layihələrin həyata keçirilməsinin zəruri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda audiovizual media mühiti yeni mahiyyət qazanır və xarici tərəfdaşlarla təcrübə paylaşımı məzmun keyfiyyətinin yüksəldilməsinə müstəsna töhfə verir.
Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaş tərəflər arasında təcrübə və resurs mübadiləsinin təşviqinin, eyni zamanda dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətlərində birgə təşəbbüslərin mühüm önəm daşıdığını, qarşılıqlı səfərlərin və mediaturların təşkilinin tərəfdaşlığı daha da möhkəmləndirəcəyini bildirib.



10Mənbələr
-
dogru.azAzərbaycan və Rumıniya arasında media əməkdaşlığı müzakirə olunub – FOTO ( 20690559)
-
metbuat.azMEDİA Agentliyində Rumıniya nümayəndə heyəti ilə görüş keçirildi - ( 20682885)
-
1news.azMedianın İnkişafı Agentliyində Rumıniya Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO ( 20682537)
-
redaktor.azMedianın İnkişafı Agentliyində Rumıniya Respublikasının nümayəndə heyəti iləgörüş keçirilib ( 20682483)
-
olaylar.azMedianın İnkişafı Agentliyində Rumıniya Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib ( 20681859)
-
baki-xeber.comMedianın İnkişafı Agentliyində Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib - FOTO ( 20681673)
-
operativmm.azAzərbaycan və Rumıniya arasında media əməkdaşlığı müzakirə olunub ( 20681301)
-
pravda.azMedianın İnkişafı Agentliyində Rumıniya Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib ( 20679807)
-
azerbaijan-news.azAzərbaycan və Rumıniya arasında media əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub ( 20679498)
-
demokrat.azMedianın İnkişafı Agentliyində Rumıniya Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib — FOTOLAR ( 20679270)