2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 464,84 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 28,73 faiz artım deməkdir.
İxrac – idxal:
Azərbaycandan Gürcüstana ixrac: 382,2 milyon dollar (+24,56 faiz)
Gürcüstandan Azərbaycana idxal: 82,6 milyon dollar (+49,49 faiz)
Cari ilin ilk 7 ayının nəticələrinə əsasən, ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstan ilə ticarətin payı 1,61 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,26 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi