AZ

Dövlət Məşğulluq Agentliyi daha 900 şəxsi peşə hazırlığına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu günlərdə daha 900 şəxs peşə hazırlığı kurslarına cəlb olunub. 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlardan 334 nəfəri üçün Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, 566 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.

İşəgötürənlərlə əməkdaşlıq şəraitində və əmək bazarının tələblərinə uyğun istiqamətlər üzrə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur.

Peşə kurslarını uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək.

Seçilən
2
5
qaziler.az

8Mənbələr