Qəbələdə baş verən avtoqəzada xəsarət alanların kimliyi məlum olub.
Qəza nətiicəsində xəsarət alanlar "VAZ-2106" avtomobilində olan sərnişinlər - 1970-ci il təvəllüdlü Səfərəliyev Sübhi Yunus oğlu, 1987-ci il təvıllüdlü Qocayev Mehdi Ərzuman oğlu və 2010-cu il təvəllüdlü Elgiz Abduləzizov, həmçinin "Hyundai"nin sürücüsü Aqil Bəhlulzadədir.
Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
***
Qəbələ rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var.
Hadisə bu gün günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər isə xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.