AZ

Coşqun Diniyev “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” daha bir transferini rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, klubun açıqlamasına əsasən, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. 29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Diniyev əvvəlki illərdə Premyer Liqada “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, həmçinin Türkiyənin “Ümraniyəspor” və “Bandırmaspor” komandalarında da forma geyinib. Futbolçunun son klubu isə “Çorum” olub.

Seçilən
43
21
idmanxeber.az

10Mənbələr