AZ

Hava limanında azərbaycanlı ailənin çantasından çıxanlar ŞOK ETDİ: 18 kiloqram... - VİDEO

İsveç hava limanında gömrük əməkdaşları Azərbaycandan gələn bir ailənin baqajını yoxlayarkən gözlənilməz hal qeydə alıblar.

Referans     xəbər verir ki, nəzarət zamanı ailənin çantalarından xeyli miqdarda ərzaq məhsulu aşkarlanıb.


Məlum olub ki, sərnişinlər baqajlarında 6 kiloqram süd məhsulu, 9 kiloqram ət və 3 kiloqram müxtəlif meyvə daşıyıblar. Ümumilikdə isə təxminən 18 kiloqram ərzaq məhsulu gömrük nəzarətindən keçirilmək istənilib.


Qaydalarına görə, İsveçə şəxsi istehlak üçün müəyyən miqdardan artıq ət və süd məhsulları gətirmək qadağandır. Bu cür hallar həm sanitar-gigiyenik, həm də baytarlıq təhlükəsizliyi baxımından riskli hesab olunur.


Gömrük əməkdaşları məhsulları müsadirə edib və ailəyə mövcud qanunvericiliyi izah ediblər. Hadisə ilə bağlı əlavə cərimə tətbiq olunub-olunmaması barədə məlumat açıqlanmayıb.


Mütəxəssislər qeyd edirlər ki, Avropa Birliyi ölkələrinə səyahət edən sərnişinlər əvvəlcədən qida məhsullarının daşınması ilə bağlı qaydalarla tanış olmalı və bu tələblərə əməl etməlidirlər.


Seçilən
0
4
referans.az

5Mənbələr