AZ

Azərbaycana

Küveytdən Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşı Savuthararajan Kasvithanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Kasvithan 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycandan deportasiya ediləcək.

Qeyd edək ki, bu il may ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycana gələn Malayziya vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb.

Seçilən
4
6
aznews.az

7Mənbələr