AZ

Gəncədə gəlin ərini və qayınanasını bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, 55 yaşlı Daşkəsən rayon sakini N.Paşayeva və onun oğlu O.Paşayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ana və övladı əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, N.Paşayevanı və onun oğlu O.Paşayevi gəlinləri bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədova saxlanılıb. pizza

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Seçilən
19
13
yenisabah.az

10Mənbələr