AZ

Oylum Talu ifşa mövzusunda sərt sözləri ilə gündəmə gəldi

Məşhur aparıcı Oylum Talu, bir televiziya kanalında təqdim etdiyi proqramda son günlər gündəmə gələn təcavüz iddiaları və sosial mediada yayılan mesaj ifşaları barədə fikirlərini açıqlayıb.

News365.az xəbər verir ki, Talu, mesaj ifşalarının doğru bir üsul olmadığını bildirərək deyib: “Narahat olursansa, blokla keç. Niyə ifşa edirsən? Bu mənə tamam başqa şeylər çağrışdırır”. Onun bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub.

Sənət və media dünyasında günlərdir müzakirə edilən təcavüz iddiaları və sosial mediada yayılan ifşalar böyük səs-küy yaradıb. Fotoqraf Mesut Adlin ilə başlayan ifşaların ardından bəzi aktyorların da oxşar ifşalarla gündəmə gəlməsi ictimaiyyətdə narazılıq doğurub.

Oylum Talu verilişdə aktyor Cenk Torunu qonaq edib və ifşa mədəniyyətindən narazılığını belə ifadə edib: “Bir insan başqa bir insanla problem yaşayırsa, bunu üzbəüz həll etməlidir. Məşhur deyə ifşa etmək doğru deyil. Blokla, qardaşım, blokla keç”.

Talu-nun bu açıqlamaları sosial mediada fərqli reaksiyalar doğurub, bir çox istifadəçi onun sözlərinə etiraz edib.

News365.az

Seçilən
58
news365.az

1Mənbələr