AZ

Hərbi Dəniz Qüvvələrində dalğıc kurslarının buraxılış mərasimi keçirilib

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Tədbirdə çıxış edənlər bu cür kursların keçirilməsinin şəxsi heyətin ixtisas və döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.

Qeyd edilib ki, HDQ-nin Dəniz piyadaları, Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirak etdiyi kurs müddətində su altında nəfəssiz qalma, dalğıc işlərinin və texnikalarının mənimsənilməsi, dalğıc işində praktiki rəhbərlik məşqləri, eləcə də digər vacib fəaliyyətlər həyata keçirilib, iştirakçılar peşəkar dalğıc bacarıqları əldə ediblər.

Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

AzVision.az

Seçilən
22
20
azvision.az

10Mənbələr