AZ

AYNA 6 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 6 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qaliblərini müəyyən edib. Avtosfer.az AYNA-ya istinadən xəbər verir ki, “Bakı-Lənkəran” marşrutu üzrə fiziki şəxs Şahverdiyev Vüqar Aydın oğlu, “Bakı-Sabirabad” marşrutu üzrə fiziki şəxs Baxşiyev Ramin Xələf oğlu, “Bakı-Oğuz” marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC, “Sumqayıt-Horadiz” marşrutu üzrə hüquqi şəxs “Kaspian Ekspress” MMC, “Mingəçevir-Qazax” marşrutu üzrə fiziki şəxs Əliyev Cavad İlqar oğlu, “Mingəçevir-Balakən” marşrutu üzrə fiziki şəxs Əliyev Samir Aydın oğlu, “Gəncə-Qazax” marşrutu üzrə fiziki şəxs Layıcov Şakir Cəmil oğlu və hüquqi şəxs "Mələyim" MMC qalib elan olunublar. AYNA marşrut xətlərini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Seçilən
2
17
avtosfer.az

10Mənbələr