AZ

Sənaye məhsulu və xidmətlərinin həcmi yanvar-iyun aylarında 25 milyard manatı ötüb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuşmalların və göstərilmiş xidmətlərin həcmi 25,3 milyard manat təşkiletmişdir.

Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadən xəbərverir.

Qeyd olunub ki, sənaye məhsulunun 74,5 faizi mədənçıxarma, 22,0faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorlarında istehsalolunub.

Məlumata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 81,8 faizolub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,7 faiz,sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,3 faiz təşkiledib.

"İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılaragöndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərəalınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2025-ci ilvəziyyətinə 459,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmışvə satış üçün nəzərdə tutulmuş 63,2 milyon manat məbləğində digərməhsullar da mövcud olub", - məlumatda qeyd edilib.

Seçilən
22
2
az.trend.az

3Mənbələr