1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilib.
Demokrat.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, F.Əmiraslanov da eyni işlə bağlı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
İş adamı təqsirləndirilən şəxs qismində cəlb edilsə də, həbs olunmayıb. Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. F.Əmiraslanov istintaq bitənə qədər ölkədən kənara çıxa bilməz.
Məlumatı onun vəkili Ramal Şahmarov saytımıza təsdiq edib.
Qeyd edək ki, cinayət işi Sabunçu Rayon Polis İdarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
10Mənbələr
-
yenilik.azRəqsanənin ərinə də cinayət işi açıldı- Ölkədən çıxa bilməz ( 20693223)
-
nocomment.azRəqsanənin ərinə də cinayət işi açıldı – Ölkədən çıxa bilməz ( 20691498)
-
news24.azRəqsanənin ərinə cinayət işi açıldı - Ölkədən çıxa bilməyəcək ( 20680791)
-
olaylar.azRəqsanənin ərinə də cinayət işi açıldı ( 20687241)
-
azia.azRəqsanənin ərinə də cinayət işi açıldı - Ölkədən çıxa bilməz ( 20686371)
-
gender.azRəqsanənin ərinə cinayət işi açıldı - FOTO ( 20686179)
-
hurriyyet.azRəqsanənin ərinə cinayət işi açıldı - FOTO ( 20686158)
-
demokrat.azRəqsanənin ərinə də cinayət işi açıldı ( 20685396)
-
metbuat.azRəqsanənin ərinə cinayət işi açıldı - ( 20683920)
-
ulusum.azRəqsanənin həyat yoldaşına cinayət işi açıldı ( 20682585)