AZ

Avqustun 26-29-da Bakıda hava kəskin dəyişəcək


Avqustun 26-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Gender.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Ağdam, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Qobustan, Şirvan, Salyan, Neftçala, Beyləqan, Biləsuvar, Lerik, Yardımlı və Cəlilabadda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Seçilən
75
49
gender.az

10Mənbələr