AZ

Tramp: Onlar mənə deyirlər ki, siz Avropanın prezidentisiniz

BAKI, 25 avqust. TELEQRAF

“Avropa İttifaqının liderləri məni zarafatla “Avropa prezidenti” adlandırırlar”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Amerika lideri Ağ Evdə bəzi fərmanlar imzalayarkən ABŞ-nin “hazırda dünyanın ən hörmətli ölkəsi” olduğunu iddia edib.

Tramp Avropa İttifaqının liderləri barəsində danışarkən bildirib:

Onlar sizin prezidentinizə o qədər hörmət edirlər ki, zarafatla məni “Avropanın prezidenti” adlandırırlar. Bu, böyük şərəfdir. Avropanı, bu insanları bəyənirəm. Onlar yaxşı insanlar, böyük liderlərdir”.

Seçilən
1
6
teleqraf.com

10Mənbələr