AZ

Bakıda inşaat işlərinin 91 faizi qeyri-dövlət sektorunun payına düşüb

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6 faizini inşaat, yenidənqurma və bərpa, 6,6 faizini əsaslı təmir, 3,5 faizini cari təmir, 3,3 faizini isə sair tikinti işləri təşkil edib.

Bu barədə Day.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

 

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkə üzrə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,8 faizini inşa, yenidənqurma və bərpa, 8,0 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 3,8 faizini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 88,6 faizini qeyridövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.

Seçilən
12
8
day.az

9Mənbələr