AZ

Məhkəmə, polis və prokurorlara ayrılan pul azaldılır

Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri 48 milyon manat azaldılacaq.

Bu Maliyyə Nazirliyinin açıqladığı «Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər» adlı sənəddə nəzərdə tutulub.

Xatırladaq ki, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərclərinin təsdiq olunmuş həcmi 3 milyard 192 milyon manat təşkil edir, indi isə 3 milyard 144 milyon 100 min manat olacaq.

Bu 47 milyon 900 min manat və ya 1,5% azalma deməkdir .

AzPost.az

Seçilən
5
1
azpost.info

2Mənbələr