Ajans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Zəngəzur keçidi bütün regionumuz üçün sülh layihəsidir. Bunun həyata keçirilməsi ilə Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni bir ölçü alacaq”, - dövlət başçısı bildirib. Ərdoğan artıq təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin Zəngəzur dəhlizinin onurğa sütunu olacağını vurğulayıb:
“Bu yol iki xətli olacaq, elektrikləşdiriləcək və siqnalizasiya ilə təmin olunacaq. Bu xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıyacaq. Dəyəri 2,4 milyard avro olan bu layihənin istifadəyə verilməsi ilə Çindən Böyük Britaniyaya beynəlxalq ticarət yolu daha səmərəli olacaq. Layihə həmçinin Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək”.