"Zəngəzur dəhlizi bütün region üçün sülh layihəsidir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
Onun sözlərinə görə, layihə bütün elementləri ilə həyata keçdikdən sonra Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq əməkdaşlıq yeni mərhələyə keçəcək:
"Təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizinin onurğa sütunu olacaq. Bu yol iki xətli olacaq, elektrikləşdiriləcək və siqnalizasiya ilə təmin ediləcək. Həmin xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıyacaq. Dəyəri 2,4 milyard avro olan bu layihənin istifadəyə verilməsi ilə Çindən Böyük Britaniyaya beynəlxalq ticarət yolu daha səmərəli olacaq. Layihə eyni zamanda Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək".
Türkiyə lideri Zəngəzur dəhlizinin Türkiyə və Cənubi Qafqaz regionu üçün strateji önəmə malik olduğunu vurğulayıb.
10Mənbələr
-
sonxeber.azƏrdoğan: "Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq yeni mərhələyə keçəcək" ( 20692614)
-
far.azƏrdoğan: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək ( 20691435)
-
hurriyyet.azBakı, Ankara və İrəvan arasında əməkdaşlıq... - Ərdoğan ( 20690631)
-
pravda.azƏrdoğan: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək ( 20690208)
-
editor.azƏrdoğan: “Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq yeni mərhələyə keçəcək” ( 20689653)
-
yenisabah.azTürkiyə, Azərbaycan və Ermənistan arasında yeni mərhələ - Ərdoğan AÇIQLADI ( 20689464)
-
news365.azƏrdoğan: Zəngəzur dəhlizinin reallaşması Türkiyə-Azərbaycan-Ermənistan əməkdaşlığına yeni ölçü qatacaq ( 20689308)
-
konkret.azTürkiyə, Azərbaycan və Ermənistan arasında yeni mərhələ – Ərdoğandan AÇIQLADI ( 20689299)
-
demokrat.azƏrdoğan: "Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq yeni mərhələyə keçəcək" ( 20689269)
-
missiya.azƏrdoğan: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək ( 20689236)