
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.
Reyting.az xəbər verir ki, turun qapanış matçında “Qəbələ” evdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.
Daha öncə keçirilmiş “İmişli” – “Neftçi” matçında qalib müəyyənləşməyibsə (0:0), “Qarabağ” “Sumqayıt”a (0:1), “Kəpəz” “Karvan”a (2:3), “Şamaxı” “Sabah”a (1:2), “Turan Tovuz” isə “Araz-Naxçıvan”a (1:2) məğlub olub.
Qəbələ – Zirə 1:2
Qollar: Nicat Əliyev, 16 – Ceyhun Nuriyev, 31; 45+1.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
Qəbələ şəhər stadionu.