AZ

Maskın şirkətləri Apple, OpenAI-a qarşı iddia qaldırıblar

Bakı. Trend:

İlon Maskın "xAI" və "X" şirkətləri "Apple Inc" və "OpenAI"şirkətlərini sövdələşmədə və haqsız rəqabətdə ittiham edərəkməhkəməyə verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin Texas ştatının ŞimalDairə Məhkəməsində "Grok" çat-botun tərtibatçısı xAI şirkəti vəsosial şəbəkə X tərəfindən qaldırılan iddiada deyilib.

Bildirilib ki, "Apple"ın "OpenAI" şirkətinə məxsus "ChatGPT"proqramını "iPhone" əməliyyat sisteminə inteqrasiya etmək qərarıazad rəqabətə xələl gətirir və istehlakçıları seçim hüququndanməhrum edir.

Sənəddə qeyd olunub ki, Apple və OpenAI smartfonlar və generativsüni intellekt bazarlarında inhisar mövqelərini saxlamaq üçünrazılığa gəliblər.

Seçilən
93
3
az.trend.az

7Mənbələr