İsrailin “Maariv” qəzeti Türkiyənin Liviyanın şərqindəki Xəlifə Haftar hökuməti ilə diplomatik əlaqələr qurmasını və Benqazidə konsulluq açmasını diqqət mərkəzinə gətirib.
Nəşr bu addımı həm vacib diplomatik dönüş, həm də təəccüblü siyasi jest kimi xarakterizə edib.
Qəzetin təhlilinə görə, avqust ayında TCG Kınalıada hərbi gəmisinin Benqaziyə səfəri və ardınca konsulluq açılması Ankaranın Haftar administrasiyası ilə münasibətləri rəsmiləşdirmək niyyətindən xəbər verir. “Maariv” bu gedişi Osmanlı İmperatorluğunun bölgədəki nüfuzunun bərpası istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib.
Təhlildə qeyd olunur ki, Liviya artıq iyirmi ilə yaxındır vətəndaş müharibəsi yaşayır və bu müddət ərzində müxtəlif güclərin dəstəklədiyi qarşıdurmalar ölkəni zəiflədir. 2014–2020-ci illərdə ABŞ və Rusiyanın dəstəyi ilə Haftar qüvvələri güclənsə də, Türkiyənin Tripoli mərkəzli hökumətə hərbi yardımı müharibənin gedişini dəyişib.
“Maariv” yazır ki, Ankara bu müdaxilə ilə balansı öz xeyrinə dəyişib və bəzən Tripoli hökumətinin “Türkiyənin nəzarəti altında” olduğu barədə fikirlər də səsləndirilib.
İsrail nəşri qeyd edir ki, bu addım bölgədəki güc balansını dəyişdirə və uzunmüddətli geosiyasi təsirlər yarada bilər. Qəzetin fikrincə, Türkiyənin Benqazidə konsulluq açması 100 ildən sonra Osmanlı reputasiyasının qismən bərpası kimi şərh olunur./globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta