AZ

Finlandiya Rusiya təhdidinə qarşı sərhəd təhlükəsizliyini gücləndirir

Finlandiya Rusiya ilə sərhəddə təhlükəsizlik tədbirlərini artırır və hərbi təhdidlərə qarşı hazırlığını davam etdirir.

Editor.az xəbər verir ki, ölkə NATO-nun şərqdəki ön xəttində yerləşən əsas dövlətlərdən biri kimi öz müdafiə imkanlarını gücləndirməyə xüsusi diqqət ayırır.

Finlandiya ilə Rusiya arasındakı 800 kilometrlik sərhədin böyük hissəsi Şimali Kareliyanın sıx meşələrindən keçir. Sərhəd vizual olaraq demək olar ki, hiss olunmur – yalnız meşə cığırları boyunca yerləşən sərhəd dirəkləri tərəfləri ayırır: Finlandiya tərəfində mavi-ağ, Rusiya tərəfində isə yaşıl-qırmızı rəngdədir.

Müdafiə ekspertləri bildirir ki, sərhəd boyunca yeni mühəndislik tədbirləri həyata keçirilir, hərbi təlimlərin miqyası artırılır, həmçinin əhalinin hərbi və fövqəladə vəziyyət hazırlığı gücləndirilir. Finlandiya rəsmiləri vurğulayır ki, bütün bu tədbirlər ölkənin təhlükəsizliyini təmin etmək və mümkün hərbi təhdidlərə vaxtında cavab vermək məqsədi daşıyır.

Seçilən
54
editor.az

1Mənbələr