AZ

"Qarabağ"la oyuna 20-yə yaxın “12-ci adam” gətirəcəklər

"Ferentsvaroş"unı Bakıda "Qarabağ"a qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda 20-yə yaxın azarkeş dəstəkləyəcək.

Sportinfo.az xəbər verir ki, rəqib komanda görüşdən bir gün əvvəl paytaxta gələcək:

"Ferentsvaroş"un Bakıda açıq məşqi olmayacaq. Avqustun 26-da, saat 20:00-da "Ferentsvaroş"un baş məşqçisi Robbi Kinin mətbuat konfransı baş tutacaq".

"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.

Seçilən
60
8
sportinfo.az

10Mənbələr