BAKI, 26 avqust. TELEQRAF
İngiltərə Premyer Liqasının II turunun son oyununda çempion “Liverpul” səfərdə “Nyukasl” üzərində çətin qələbə qazanıb (3:2).
Teleqraf xəbər verir ki, 35-ci dəqiqədə "Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberx hesabı açıb. 45+3-cü dəqiqədə “Nyukasl”ın vingeri Entoni Qordon kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
46-cı dəqiqədə fransalı hücumçu Uqo Ekitike "Liverpul"un üstünlüyünü artırıb. “Nyukasl” azlıqda oynamasına baxmayaraq, hesabı bərbarərləşdirə bilib.
57-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Bruno Gimarayns fərqi azaldıb. 88-ci dəqiqədə isə Uilyam Osula hesabı bərabərləşdirib.
“Liverpul”un qələbə topunu isə 90+10-cu dəqiqədə misirli Məhəmməd Salahın ötürməsini qola çevirən 16 yaşlı hücumçu Rio Nqumoxa vurub.
İki turdan sonra Premyer Liqaya hərəyə 6 xal toplayan “Arsenal", "Tottenhem" və "Liverpul" şərikli liderlik edirlər.