AZ

Tramp: ABŞ Çinlə əla münasibətlər quracaq...

ABŞ prezidenti ticarət məsələlərində üstün mövqeyə malik olduqlarını bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Çinlə «əla münasibətlər» qura biləcəyinə inandığını bəyan edib. O, bu fikrini Cənubi Koreya prezidenti Li Çje Myon ilə Ağ Evdə keçirilən görüş zamanı səsləndirib.

Trampın sözlərinə görə, ABŞ-ın mübahisəli məsələləri, xüsusilə də ticarət sahəsində, öz xeyrinə həll etməyə imkan verən «inanılmaz üstünlükləri» var. Lakin o, bu kartları istifadə etməyəcəyini, Çini «yıxmaq» istəmədiyini vurğulayıb.

ABŞ lideri, həmçinin, Çinli tələbələrin ölkəyə gəlişinə hökumətin mane olmayacağını və bunun çox vacib olduğunu xüsusi qeyd edib. Tramp ABŞ-ın yaxın zamanda Çinlə münasibətlərini yaxşılaşdıracağına əmin olduğunu bildirib.

Qeyd edək ki, may ayında ABŞ dövlət katibi Marko Rubio Çin Xalq Respublikasından olan tələbələrin vizalarının ləğv ediləcəyini açıqlamışdı. Həmin ay Ağ Ev Harvard Universitetinin mübadilə proqramı üzrə akkreditasiyasını da ləğv edib və xarici tələbələrin qəbulunu qadağan etmişdi.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr